Çətin günlər yaşayan Lukaku həqiqəti açıqladı

Çətin günlər yaşayan Lukaku həqiqəti açıqladı
30.03.2026 15:25

“Napoli” və Belçika millisinin hücumçusu Romelu Lukaku yığmanın düşərgəsini niyə tərk etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Canluka Di Martsio” nəşri məlumat yayıb.

Futbolçu sosial şəbəkə hesabında səhhəti ilə bağlı vəziyyətinə aydınlıq gətirib və bildirib ki, mövsüm onun üçün olduqca çətin keçib: həm zədələr, həm də şəxsi itki (atasının vəfatı) ilə üzləşib.

Lukaku qeyd edib ki, son həftələrdə fiziki durumunda problemlər hiss edib. Belçikada aparılan müayinələr nəticəsində bud əzələsində iltihab və maye toplanması aşkarlanıb. Bu noyabrda meydanlara qayıtdıqdan sonra qarşılaşdığı ikinci problemdir.

Hücumçu əlavə edib ki, reabilitasiya prosesini Belçikada davam etdirmək qərarına gəlib:

“100 faiz hazır olduğuma əmin olmalıyam. Komandam üçün oynamaq və qalib gəlməkdən daha çox istədiyim heç nə yoxdur. Amma son vaxtlar ideal formada deyildim və tam hazır olmaq istəyirəm”.

Lukaku vurğulayıb ki, sağaldıqdan sonra həm “Napoli” klubu, həm də Belçika millisi üçün yenidən maksimum faydalı olmağa çalışacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Bütün Xəbərlər