“Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı

“Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı
20.08.2026 10:28

“Formula-1” üzrə sabiq pilot Devid Kultard Niderland Qran-prisinin 2026-cı ildə “Zandfort” avtodromunda keçiriləcək sonuncu yarış olmasının səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Up To Speed” podkastında deyib.

Kultardın sözlərinə görə, “Zandfort” ətrafındakı infrastruktur imkanlarının məhdud olması və trasın genişlənə bilməməsi əsas səbəblərdəndir.

“Mənim fikrimcə, bu Qran-prinin necə yarandığına baxsaq, Niderland şahzadəsi Bernhard Oranc-Nassau və onun həyat yoldaşı avtomobil idmanının həvəskarlarıdır. Onlar Maks Ferstappenin uğurlarından sonra Qran-prinin Niderlanda qayıtmasında mühüm rol oynadılar. Lakin onların infrastrukturu inkişaf etdirmək imkanları məhduddur.

“Zandfort” avtodromu təbiət parkı və qum təpələri ilə əhatə olunub. Genişlənə və böyüyə bilmir. “Formula-1” isə kommersiya gəlirlərini artırmaq üçün yeni imkanlar axtarır. Düşünürəm ki, indiki vəziyyətdə bu, onlar üçün artıq kommersiya baxımından əlverişli deyil. “Formula-1” üçün isə başqa məkanlar mövcuddur”, – deyə Kultard bildirib.

Sabiq pilot Ruanda və digər ölkələrin “Formula-1” ailəsinə qoşulmaq istədiyini, bunun üçün isə müasir infrastruktura malik yeni obyektlər inşa etməyə hazır olduqlarını vurğulayıb.

Kultard “Zandfort” avtodromunun onun üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. O, “Formula-3” üzrə ilk beynəlxalq qələbəsini məhz burada qazandığını bildirib.

““Zandfort”a təşəkkür etmək üçün çox şey var. Amma bu səyahətin sonuna gəlib çatmışıq və inanmıram ki, “Formula-1” nə vaxtsa yenidən bura qayıtsın. Ona görə də, xanımlar və cənablar, bu dövrü yadda saxlayın”, – Kultard deyib.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu 01:42 5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus 01:47 20 trilyondan 40 trilyona: ABŞ-nin dövlət borcu rekord həddə çatdı 01:31 Tramp bütün prezidentlərdən fərqini Kim Çen In üzərindən izah etdi 01:09 Bütün Xəbərlər