Azərbaycan voleybolunda baş məşqçi dəyişiklikləri baş verir

Azərbaycan voleybolunda baş məşqçi dəyişiklikləri baş verir
04.04.2026 11:00

Yeniyetmə və gənc qızlardan ibarət voleybol yığmamızın baş məşqçisi Şahin Çatma ilə yolların ayrıldığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “prosport.az” məlumat yayıb. 

Bildirilir ki, 2023-cü ilin yayından komandamızı çalışdıran türkiyəli mütəxəssis dünən federasiyaya gələrək kollektivlə vidalaşıb. O, qərarını həyat yoldaşının səhhəti ilə əsaslandırıb.

Xatırladaq ki, Şahin Çatmanın rəhbərlik etdiyi U-18 millimiz ötən ay İspaniyada keçirilən Avropa çempionatının ikinci təsnifat mərhələsində uğursuz çıxış edib. Komanda meydan sahibi İspaniya, eləcə də Niderland və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

Bundan əlavə, onun rəhbərlik etdiyi “Gənclər” komandası qadınların Yüksək Liqasında bütün turnir ərzində rəqiblərindən bir set belə ala bilməyib.

İddialara görə, məşqçinin türkiyəli köməkçiləri Zihni Türkay Taylan və statistik Birol Serimlə də yolların ayrılması gözlənilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı əsl planı - Ankara kənarda qaldı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Bütün Xəbərlər