Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı

Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı
19.02.2026 11:50

Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə ikinci dəfə təşkil olunan Türk Dövlətlərinin Xizək Kuboku Türkiyənin Uludağ Dağ Kurortunda baş tutub.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 100-ə yaxın xizək həvəskarı iştirak edib. 

İdmançılar kişi və qadın kateqoriyalarında, 18-25, 26-45 və 46+ yaş qruplarında “Nəhəng Slalom” növündə birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələri belə olub:

18-25 yaş kateqoriyası:

Qızlar: Sıla Kara (Türkiyə) birinci yer

Oğlanlar: Aleksandr Cvetkov (Qazaxıstan) birinci yer

26-45 yaş kateqoriyası:

Qızlar: Nataliya Lapşina (Qazaxıstan) birinci yer 

Elvira Zakarayeva (Azərbaycan) ikinci yer 

Buse Terim (Türkiyə) üçüncü yer

Oğlanlar: Ceyhun Balametov (Azərbaycan) birinci yer 

Metehan Taşdemir (Türkiyə) ikinci yer 

Talip Gülle (Türkiyə) üçüncü yer

46+ yaş kateqoriyası:

Kişilər: Ali Akgül (Türkiyə) birinci yer 

Kamil Şar (Türkiyə) ikinci yer 

Ömer Saraçer (Türkiyə) üçüncü yer

Qeyd edək ki, Kubok yarışının əsas məqsədi türk xalqları arasında qış idman növlərində əməkdaşlığı gücləndirmək, birgə turnirlərin təşkilini təşviq etmək və xizək idmanını təbliğ etməkdir.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı — 1
Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı — 2
Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları birincilik uğrunda yarışdı — 3
XƏBƏR LENTİ
08 AVQUST 2026
Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Bütün Xəbərlər