Azərbaycan Cüdo Federasiyasının məqsədləri açıqlandı

Azərbaycan Cüdo Federasiyasının məqsədləri açıqlandı
16.07.2026 12:35

"Əsas məqsəd Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına uğurlu hazırlıqdır və Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı bu prosesin ən vacib mərhələlərindən birini təşkil edir".

TodayPress TV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bu fikirləri cüdo üzrə böyüklər arasında dünya çempionatına həsr olunan mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, dünya çempionatı dördillik Olimpiya hazırlıq dövrünün tam ortasına təsadüf edir və milli komandanın hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Yarışın Bakıda keçirilməsi həm federasiya, həm məşqçilər, həm də idmançılar üçün məsuliyyəti daha da artırır. Milli komandaların hazırlığı sistemli şəkildə davam etdirilir. Kişilərdən ibarət yığma hazırda Göygöldə fiziki hazırlıq təlim-məşq toplanışındadır. Daha sonra komanda Bakıda hazırlıqlarını davam etdirəcək, avqustun 5-15-də Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Burada Yaponiya, Rusiya, Özbəkistan və Qazaxıstan yığmalarının da iştirak etməsi gözlənilir".

İcraçı vitse-prezident əlavə edib ki, hazırlıq çərçivəsində Azərbaycan cüdoçuları Ulan-Bator və Budapeşt Böyük Dəbilqə turnirlərində mübarizə aparacaq, məhz həmin yarışlardan sonra dünya çempionatı üçün yekun heyət müəyyənləşdiriləcək.

Rəşad Rəsullu qadınlardan ibarət yığmanın isə hazırda Şamaxıda təlim-məşq toplanışında olduğunu bildirib. Onun sözlərinə görə, komanda daha sonra Qazaxıstan və İspaniyanın Valensiya şəhərində hazırlıq keçəcək, ardınca Böyük Dəbilqə turnirlərində iştirak etdikdən sonra dünya çempionatı üçün heyət formalaşdırılacaq.

Federasiya rəsmisi sentyabr ayında Bakıda dünya çempionatı öncəsi beynəlxalq təlim-məşq toplanışının təşkilinin də planlaşdırıldığını açıqlayıb. 

"Gürcüstan və Türkiyə də daxil olmaqla bir sıra ölkələr artıq bu hazırlıq prosesində iştirak etməyə razılıq veriblər. Dünya çempionatı üçün heyətin seçimi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılır".

O, seçim zamanı yalnız yarış nəticələri deyil, idmançıların məşq prosesində peşəkarlığı, nizam-intizamı və hazırlıq səviyyəsi də nəzərə alınır. Bu səbəbdən yekun heyətdə son anda da dəyişikliklərin edilməsi mümkündür.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Bütün Xəbərlər