AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək

AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək
12.11.2025 21:15

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) final oyunu Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Həlledici qarşılaşma 9 iyul tarixində keçiriləcək.

"Uembli" həmçinin yarımfinal mərhələsinin hər iki oyununa ev sahibliyi edəcək. Açılış oyunu isə 9 iyunda Kardifdəki "Principality" stadionunda baş tutacaq.

Turnir İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada keçiriləcək. Yarışda 24 komanda iştirak edəcək, onlardan 20-si seçmə mərhələnin nəticələrinə əsasən müəyyən olunacaq: 12 qrup qalibi və qruplarda ikinci yeri tutan ən yaxşı 8 komanda. Daha iki yer isə ikinci yeri tutan digər komandalarla UEFA Millətlər Liqasının seçmə mərhələsindən birbaşa keçə bilməyən ən yaxşı komandalar arasında oynanılacaq.

UEFA turnirin ev sahiblərinin qrup mərhələsində iştirakı üçün iki yer ayırıb. Bu yerlər seçmə mərhələnin nəticələrinə əsasən ən yüksək nəticə göstərən ev sahibi ölkələrə veriləcək.

İngiltərə millisi qrup mərhələsində ilk oyununu Mançesterdəki "Etihad" stadionunda, növbəti iki oyunu isə "Uembli" stadionunda keçirəcək.

XƏBƏR LENTİ
15 IYUN 2026
İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Bütün Xəbərlər