STM Prezidentin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi üçün sorğu keçirdi

STM Prezidentin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi üçün sorğu keçirdi
11.07.2025 10:02 Sosial

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

TodayPress TV xəbər verir ki, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Prezidentin Böyük qayıdış və bərpa-quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.6%-i çox yaxşı, 24.6%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 2.0%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.5%-i çox pis olduğunu bildirib. 2.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Tədqiqatın nəticələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin, bərpa və yenidənqurma tədbirlərinin, qayıdış prosesi və yenidən məskunlaşma fəaliyyətinin ictimai rəyin formalaşmasında mühüm rol oynadığını göstərib.

Prezidentin hərbi quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.4%-i çox yaxşı, 22.7%-i isə əsasən yaxşı olaraq qiymətləndirib. Onların 1.6%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 0.7%-i çox pis olduğunu bildirib. 5.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Prezidentin milli təhlükəsizlik sahəsində fəaliyyətini respondentlərin 58.7%-i çox yaxşı, 29.5%-i əsasən yaxşı olaraq dəyərləndirib. Sorğu iştirakçılarının 1.3%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.3%-i çox pis olduğunu bildirib. 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Ümumi nəticələr dünyada və regionda baş verən hərbi münaqişələr fonunda təhlükəsizlik məsələsinin ictimaiyyət üçün prioritet olduğunu, ordunun modernləşdirilməsi və müdafiə sənayesi sahəsində fəaliyyətin yüksək qiymətləndirildiyini deməyə əsas verib.

FOTOLAR

STM Prezidentin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi üçün sorğu keçirdi — 1
STM Prezidentin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi üçün sorğu keçirdi — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər