Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması bu cür olacaq

Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması bu cür olacaq
10.06.2026 15:59 Sosial

Yeni qanun layihəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verib.

O qeyd edib ki, yaşın müəyyənləşdirilməsi bank kartı vasitəsilə (vəsaitin müvəqqəti bloklanması mexanizmi ilə), elektron poçt və mobil nömrə məlumatlarının qarşılıqlı yoxlanılması əsasında aparılacaq.

Bildirilib ki, bu prosesdə müəyyən öhdəliklər platforma provayderlərinin üzərinə də düşəcək. Yeniyetmələr üçün asılılıq yarada bilən “sonsuz sürüşdürmə” funksiyası və videoların avtomatik işə düşməsi kimi manipulyativ dizayn elementlərinin istifadəsi qadağan ediləcək.

Eyni zamanda, valideynlərə övladlarının platformalarda keçirdiyi vaxtı və gördükləri məzmunu nəzarətdə saxlamaq üçün xüsusi idarəetmə paneli təqdim olunacaq.

Qeyd olunub ki, fərdi məlumatlardan yalnız yaşın təsdiqlənməsi məqsədilə istifadə ediləcək və uyğunluq təsdiqlənmədiyi halda bu məlumatlar dərhal silinəcək.

Həmçinin bu məlumatların reklam və kommersiya məqsədləri üçün istifadəsi və ya üçüncü şəxslərə ötürülməsi qadağan ediləcək.

Platformalar zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində onu silməli və bunun üçün 24/7 işləyən texniki sistemlər qurmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər