Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı

Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı
15.01.2026 11:21 Sosial

Pakistanın İslamabad şəhərində "ASAN xidmət" mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

​Bildirilib ki, "Pakistan ASAN xidmət" mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzdə "ASAN xidmət" standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Mərkəzin girişində isə Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ​"Pakistan ASAN xidmət" mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla "ASAN xidmət" modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da "ASAN xidmət" modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

TodayPress TV

FOTOLAR

Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 1
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 2
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 3
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 4
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 5
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 6
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 7
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 8
Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Bütün Xəbərlər