Gənclər üçün ipoteka əlçatmazdır: “Miras artıq ev yox, borcdur”

Gənclər üçün ipoteka əlçatmazdır: “Miras artıq ev yox, borcdur”
19.01.2026 16:35 Sosial

İpoteka kreditlərinin gənclər üçün getdikcə əlçatmaz olması ciddi problemə çevrilib. Yüksək məbləğli tələblər onların mənzil sahibi olmaq imkanlarını məhdudlaşdırır.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Günay Hüseynova bildirib ki, ölkədə kredit şərtləri, xüsusilə də ipoteka sahəsində vəziyyət son dərəcə ağırdır.


Onun sözlərinə görə, Azərbaycanda təkcə mənzil kreditlərində deyil, ümumilikdə bütün kredit növlərində faiz dərəcələri yüksək və əlverişsizdir:

"Açıq demək lazımdır ki, ölkəmizdə kredit şərtləri bərbad vəziyyətdədir. Xarici ölkələrlə müqayisədə demək olar ki, ən acınacaqlı vəziyyət məhz bizdədir. İnsan kredit götürəndə elə bil bir məhsulu özü üçün, birini də bank və ya mağaza üçün alır. Mənzil bazarında da vəziyyət fərqli deyil.”

İqtisadçı vurğulayıb ki, mənzilin əlçatan olması üçün təkcə kredit mexanizmlərinə yox, əmək haqlarının real səviyyəsinə baxmaq lazımdır. Əgər əmək haqları kifayət qədər yüksək olsaydı, indiki kredit şərtləri belə bu qədər problem yaratmazdı. 

"Xüsusilə gənclər üçün mənzil məsələsi artıq həyatlarının ən ciddi problemlərindən birinə çevrilib. İllər əvvəl ailələrin əksəriyyəti nağd vəsaitlə mənzil ala bilirdisə, hazırda mənzillərin böyük hissəsi kreditlə əldə olunur. Bununla belə, bu vəziyyət gənclərin gələcək perspektivlərini daha da ağırlaşdırır. Əvvəllər ailələr övladına ev miras qoyurdu. İndi isə gənclər gələcək nəsillərə ev yox, borc və ipoteka miras qoyurlar. Miras anlayışı artıq dəyişib".

Ekspertin fikrincə, problemin əsas həlli pul siyasətində və bank sistemində köklü islahatlardan keçir. Hazırkı şəraitdə kredit şərtləri əsasən banklara sərf edir:

"Depozit faizləri ilə kredit faizləri arasında böyük fərq mövcuddur və bu fərq bankların xeyrinə işləyir. Nəticədə nə depozit qoyan, nə də kredit götürən vətəndaş qazanır. Depozit sahibləri nominal gəlir əldə etsələr də, inflyasiya fonunda pullarının real dəyərini itirirlər. Kredit götürənlər üçün isə vəziyyət daha da ağırdır. Hər hansı sağlamlıq problemi, işsizlik və ya gəlir itkisi zamanı vətəndaşa demək olar ki, heç bir real güzəşt tətbiq edilmir ki, bu da sosial baxımdan ciddi risklər yaradır".

Mütəxəssis əlavə edib ki, bank filiallarının və personalın həddindən artıq çoxluğu xərcləri artırır və bu xərclər dolayısı ilə kredit faizlərinə yansıyır. Süni intellekt dövründə bir çox bank əməliyyatlarını texnologiya vasitəsilə həyata keçirmək mümkündür:

"Maaş sistemində də islahatlara ehtiyac  var. Hazırda minimum əmək haqqının 400 manat olması nə məişət krediti, nə də ipoteka üçün yetərli deyil. Bu isə aşağı gəlirli və azbüdcəli vətəndaşları daha da çətin vəziyyətə salır. Düzdür, güzəştli mənzil layihələri mövcuddur, lakin onların da effektivliyi sual altındadır. Bu mənzillərin maklerlər tərəfindən sui-istifadə edilməsinin qarşısını almaq üçün satışa uzunmüddətli qadağalar tətbiq olunmalı, etibarnamə ilə ötürülməsinə ciddi məhdudiyyətlər qoyulmalıdır".

Günay Hüseynova hesab edir ki, yalnız sərt, ardıcıl və sistemli islahatlar həyata keçirildiyi təqdirdə ipoteka və mənzil problemlərinin mərhələli həllindən danışmaq mümkün olacaq.

Türkan İsgəndərli

 TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Bütün Xəbərlər