ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir

ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir
25.06.2025 17:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Sosial Xidmətlər Agentliyinin nümayəndələrindən ibarət heyət Avropa Sosial Şəbəkəsinin 33-cü Avropa Sosial Konfransında iştirak edir.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Danimarkanın Orhus şəhərində keçirilən tədbir “Qayğı texnologiyanı tamamlayanda” mövzusuna həsr olunub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, habelə bir sıra ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri, Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas qruplara göstərilən sosial xidmətlərə dair məlumat verilib. Bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.

Konfransda Fərid Məmmədov DOST Agentliyinin ümumi təcrübəsi ilə yanaşı, “DOST Tələbə Akselerasiya Proqramı: əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək” mövzusunda çıxış edib.

Qeyd olunub ki, əlilliyi olan gənclərin məşğulluq bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılmasına xidmət edən Proqramda əlilliyi olan 70-dən artıq gənc iştirak edib və məmnunluq dərəcəsi 100 faiz olub. Proqramın daimi tətbiqi, tələbə və işəgötürənlər arasında daha səmərəli əlaqənin təmin edilməsi üçün rəqəmsal platformanın qurulması nəzərdə tutulur.

33-cü Avropa Sosial Xidmətlər Konfransı sosial xidmətlərin transformasiyasında  rəqəmsallaşma ilə yanaşı, fərdi inkişaf və sosial əlaqələrin dəstəklənməsi, təcrübə mübadiləsi və transformasiya üzrə yeni ideyaların formalaşmasına həsr olunub. Avropa Sosial Şəbəkəsinin iştirakçı sayı 1000-ə yaxınlaşan əsas illik tədbiri olan Konfrans sosial xidmət sahəsində yenilikləri bölüşmək imkanı verir.

Qeyd edək ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 2021-ci ildən, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyi 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvüdürlər.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2021-ci ilin mart ayında səsvermə hüququ ilə Avropa Sosial Şəbəkəsinin Şura üzvü, 2023-cü ilin dekabr ayında isə 3 il müddətinə bu qurumun Himayədarlar Şurasının üzvü seçilib.

FOTOLAR

ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 1
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 2
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 3
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 4
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 5
ƏƏSMN nümayəndə heyəti 33-cü Avropa Sosial Konfransında iştirak edir — 6
XƏBƏR LENTİ
22 IYUN 2026
Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil 21:54 Yuxunuzu məhv edən gizli vərdiş 21:51 Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı 21:48 Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 Bütün Xəbərlər