Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış
22.06.2026 02:00 Maraqlı

Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü.

TodayPress TV xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb.

Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağlı bu təsəvvürü tamamilə dəyişib. Məlum olub ki, bu orqanın orqanizmdə rolu olduqca böyükdür və onun çıxarılması onkoloji xəstəliklərin yaranma riskini, eləcə də müxtəlif səbəblərdən ölüm ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Çəngələbənzər vəzi kimi də tanınan timus döş sümüyünün arxa hissəsində, ağciyərlərin arasında və ürəyin ön tərəfində yerləşir. Yeni doğulmuş uşaqlarda bu vəzi o qədər böyük olur ki, demək olar, ürəyi tam örtür.

Məhz bu orqanda immun sisteminin ən vacib komponentlərindən biri olan T-limfositlər formalaşır. Bu hüceyrələr yad cisimləri və nəzarətdən çıxmış daxili hüceyrələri müəyyən edərək məhv edir. İmmunitet sistemi əsasən uşaqlıq dövründə formalaşdığı üçün timus həmin mərhələdə həyati əhəmiyyət daşıyır. Yaş artdıqca yeni T-limfositlərin istehsalı zəifləyir, mövcud hüceyrələr isə uzun müddət fəaliyyət göstərərək immun yaddaşını qoruyur. Buna görə də uzun illər timusun böyüklər üçün artıq əhəmiyyətini itirdiyi hesab olunurdu.

Hətta ürək, ağciyər və ya qalxanabənzər vəzi üzərində cərrahi əməliyyatlar zamanı həkimlər çox vaxt timusu sadəcə "maneə yaratdığı" üçün çıxarırdılar. İndiyədək bunun ciddi fəsad yaratmadığı güman edilirdi. Lakin yeni araşdırmalar bunun əksini göstərib.

"The New England Journal of Medicine" jurnalında dərc olunan tədqiqatın nəticələri diqqətçəkən olub.

Araşdırmaya əsasən, cərrahi əməliyyatdan sonrakı beş il ərzində timus vəzisi çıxarılan şəxslərdə ölüm göstəricisi təxminən üç dəfə yüksək olub - 8,1 faiz, halbuki vəzisi saxlanılanlarda bu göstərici 2,8 faiz təşkil edib. Eyni zamanda, onkoloji xəstəliklərə tutulma riski də iki dəfə artıb - 7,4 faizə qarşı 3,7 faiz. Bundan başqa, timusu çıxarılan xəstələrdə yaranan şişlərin daha aqressiv inkişaf etdiyi və müalicədən sonra təkrarlanma ehtimalının daha yüksək olduğu müəyyənləşdirilib.

Tədqiqatın rəhbəri, Massaçusets Ümumi Xəstəxanasının onkoloqu Devid Skadden bildirib: "Biz müəyyən etdik ki, timus sağlamlıq üçün son dərəcə vacib orqandır. Onun olmaması ölüm və xərçəngin inkişaf riskini ən azı iki dəfə artırır".

"Timus vəzisi uzun illər diqqətdən kənarda qalıb. Halbuki o, insanların niyə fərqli şəkildə qocaldığını və xərçəng müalicəsinin bəzi xəstələrdə niyə gözlənilən effekti vermədiyini izah edə biləcək əsas açarlardan biri ola bilər", - deyə "Nature" jurnalında dərc olunan araşdırmanın həmmüəllifi Hüqo Arts vurğulayıb.

Qeyd olunur ki, tədqiqatın nəticələrinə əsasən, xüsusi tibbi zərurət olmadığı halda timus vəzisinin çıxarılması məqsədəuyğun hesab edilmir. Alimlər cərrahi əməliyyatlar zamanı çəngələbənzər vəzinin rutin şəkildə götürülməsi təcrübəsinə yenidən baxılmasının vacibliyini bildirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Türkiyə nəhəngi Salah transferini bitirdi! 16:35 2026 reqlamentinin sirrini “McLaren” açıqladı! 16:16 ABŞ üçün məsələ təkcə İran deyil - TRAMPIN YAXIN ŞƏRQ PLANI NƏDİR ? 16:15 Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Bütün Xəbərlər