Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa...

Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa...
04.08.2026 12:00

Avqustun 3-də Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin tətbiqinə rəsmən yaşıl işıq yandırıldı. 

Məsələ ilə bağlı nəqliyyat eksperti  Adil Nəbiyev TodayPress TV-nin suallarını cavablandırıb. 

Azərbaycanın yol və texnoloji infrastrukturu avtonom nəqliyyat vasitələrinin istismarına nə dərəcədə hazırdır? 

- Hazırkı vəziyyəti qiymətləndirərkən hüquqi və texniki hazırlığı bir-birindən ayırmaq lazımdır. Hüquqi baza artıq formalaşdırılır və avtonom nəqliyyat vasitələrinin qeydiyyatı, sınaqdan keçirilməsi, operator nəzarəti və istismar qaydaları müəyyən edilir. Lakin yol və texnoloji infrastruktur hələ genişmiqyaslı tətbiq üçün tam hazır hesab edilə bilməz.

Hazırda Bakıda geniş müşahidə kameraları şəbəkəsi, elektron nəqliyyat idarəetmə sistemləri, rəqəmsal ödəniş platformaları, mobil rabitə infrastrukturu və bəzi ərazilərdə ağıllı işıqfor elementləri fəaliyyət göstərir. Bu imkanlar pilot layihələrin həyata keçirilməsi üçün müəyyən üstünlük yaradır.

Bununla yanaşı, açıq şəhər yollarında avtonom nəqliyyatın təhlükəsiz hərəkəti üçün ciddi problemlər qalır. Yol nişanlanma xətlərinin bəzi yerlərdə silinməsi, müvəqqəti təmir zonalarının kifayət qədər düzgün təşkil olunmaması, yol nişanlarının görünməsinin məhdudlaşması, ikinci cərgədə dayanma, nizamsız zolaq dəyişmələri, piyadaların müəyyən edilməmiş yerlərdən yolu keçməsi və motosikletlərin avtomobillər arasında hərəkəti avtonom sistemlər üçün mürəkkəb vəziyyətlər yaradır.

Bundan əlavə, yüksək dəqiqlikli rəqəmsal xəritələrin hazırlanması, yol infrastrukturunda baş verən dəyişikliklərin real vaxt rejimində nəqliyyat vasitələrinə ötürülməsi, fasiləsiz rabitə və məsafədən idarəetmə mərkəzlərinin qurulması da əsas şərtlər sırasındadır.

Bu səbəbdən, mövcud şərait daha çox hava limanı, universitet şəhərcikləri, sənaye parkları, turizm zonaları və xüsusi ayrılmış nəqliyyat dəhlizləri kimi nəzarət olunan ərazilərdə pilot layihələrin tətbiqinə imkan verir. Şəhər daxilində qarışıq yol hərəkətində genişmiqyaslı tətbiq isə əlavə infrastruktur yenilənməsi tələb edir. 

Fərmanın mətnində operatorlar üçün 5 illik şəhadətnamə və 20 manat rüsum nəzərdə tutulub. Bu, ölkədə yeni bir peşə sahəsinin – məsafədən avtomobil operatorunun yaranması deməkdirmi?

- Qanunvericilik faktiki olaraq Azərbaycanda yeni peşə istiqamətinin formalaşdırılması üçün hüquqi zəmin yaradır. Avtonom nəqliyyat vasitəsinin operatoru avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət edən və müvafiq şəhadətnaməyə malik şəxs kimi müəyyən edilir.

Operator avtomobili klassik sürücü kimi idarə etmir. O, məsafədən idarəetmə mərkəzində nəqliyyat vasitəsinin fəaliyyətini izləyir, sistemdə nasazlıq, təhlükə, kibermüdaxilə və ya digər fövqəladə hallar yarandıqda operativ müdaxilə edir və zərurət olduqda nəqliyyat vasitəsini dayandıra bilir.

Operator şəhadətnaməsi beş il müddətinə verilir və onun alınması üçün 20 manat dövlət rüsumu müəyyən olunub. Lakin bu məbləğ yalnız inzibati rüsumdur və peşəyə yiyələnməyin ümumi xərcini əks etdirmir. Operatorların xüsusi hazırlıq keçməsi, texniki biliklərə malik olması və təhlükəsizlik prosedurlarını mənimsəməsi tələb olunacaq.

Eyni zamanda bu sahənin inkişafı ilə yanaşı yeni ixtisasların yaranacağı gözlənilir. Bunlara məsafədən nəqliyyat operatorları, avtonom sistemlərin texniki diaqnostikası üzrə mütəxəssislər, sensor və rabitə sistemləri üzrə texniklər, nəqliyyat kibertəhlükəsizliyi mütəxəssisləri və avtonom nəqliyyat hadisələrinin rəqəmsal məlumatlarını təhlil edən ekspertlər daxildir. 

Olası bir qəza zamanı məsuliyyət kimin üzərində olacaq? 

- Yeni hüquqi modelə əsasən, avtonom nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza zamanı ilkin məsuliyyət avtomobilin sahibi və ya onu istismar edən şəxsin üzərində olacaq. Zərərçəkmiş şəxs ilk növbədə məhz avtomobil sahibinə və ya istismarçıya qarşı kompensasiya tələbi irəli sürəcək.

Araşdırma nəticəsində müəyyən edilərsə ki, hadisə proqram təminatındakı xəta, istehsal qüsuru, texniki xidmətin düzgün göstərilməməsi və ya operatorun səhv müdaxiləsi səbəbindən baş verib, avtomobil sahibi ödədiyi kompensasiyanı təqsirli istehsalçıdan, operator şirkətindən və ya texniki xidmət göstərən qurumdan reqres qaydasında tələb edə biləcək.  

Məsuliyyətin müəyyənləşdirilməsində avtomobilin "qara qutu" funksiyasını yerinə yetirən rəqəmsal məlumatları əsas rol oynayacaq. Burada avtomobilin sürəti, əyləc əmrləri, sensorların qeydə aldığı məlumatlar, proqram təminatının qərarları, operatorun müdaxiləsi, rabitə vəziyyəti və proqram yenilənmələri kimi məlumatlar araşdırmanın əsas sübut bazasını təşkil edəcək.

Qanunvericilikdəki bu addım sığorta bazarını necə dəyişəcək?

- Bu dəyişikliklər sığorta bazarına da ciddi təsir göstərəcək. Ənənəvi avtomobil sığortası əsasən sürücünün davranışına əsaslanırdısa, avtonom nəqliyyatda risk mənbələri dəyişir. Gələcəkdə istehsalçı məsuliyyəti sığortası, proqram təminatı məsuliyyəti sığortası, operatorun peşə məsuliyyəti sığortası, kiberrisk sığortası, məhsul məsuliyyəti və avtonom sərnişindaşıma risklərini əhatə edən yeni sığorta məhsullarının meydana çıxacağı gözlənilir.

İlkin mərhələdə bu nəqliyyat vasitələrinin sığorta haqları yüksək ola bilər. Bunun əsas səbəbləri yerli qəza statistikasının olmaması, sensor və avadanlıqların baha başa gəlməsi, həm texniki, həm proqram, həm də kibertəhlükəsizlik risklərinin eyni vaxtda mövcud olmasıdır. Lakin uzunmüddətli perspektivdə avtonom sistemlər qəza sayını azalda bilsə, bəzi kateqoriyalar üzrə sığorta haqlarının aşağı düşməsi də mümkündür. Bu proses eyni zamanda məsuliyyət yükünün tədricən sürücüdən istehsalçıya, proqram təminatçısına və operator şirkətlərinə doğru keçməsinə səbəb olacaq.  

Jalə Rövşən 

FOTOLAR

Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Bütün Xəbərlər