Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi

Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi
10.04.2026 14:28

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Nazir Qobustan rayon sakinləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin ailə üzvləri ilə də görüşüb. O, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunmasının nazirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.

Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

TodayPress TV

FOTOLAR

Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 1
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 2
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 3
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 4
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 5
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi — 6
XƏBƏR LENTİ
20 AVQUST 2026
Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 Bütün Xəbərlər