Laosun Baş prokuroru: Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır

Laosun Baş prokuroru: Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır
22.09.2025 12:07 Siyasət

Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Bu elə bir platformadır ki, burada öz təcrübəmizi bölüşə bilərik.

TodayPress TV xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

O öz ölkəsində Ali Xalq Prokurorluğunun fəaliyyətindən bəhs edib. Bildirib ki, Laosda Konstitusiya 1992- ci ildə qəbul olunub və mühüm milli sənədləri özündə əks etdirir: "Laosun Ali Xalq Prokurorluğu Konstitusiyada qanunların düzgün icrasına nəzarət edən, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi səlahiyyətinə malik olan orqan kimi təsbit edilib. Ali Xalq Prokurorluğu Konstitusiya ilə verilən səlahiyyətləri lazımı şəkildə həyata keçirir. Biz bu səlahiyyətləri layiqli formada xalq qarşısında icra edirik. Vətəndaşların hüquqlarının təşviqinə, xüsusilə, ədliyyə sektorunda böyük önəm verilir. Bu hüquqlar bir sıra qanunlarda aydın şəkildə təsbit edilib. Laos Ali Xalq Prokurorluğu vətəndaşların hüquqlarını təmin edən, xarici müdaxilə olmadan ittiham orqanı kimi öz rolunu icra etməkdədir. Öz vəzifələrini icra edərkən bütün səviyyələrdə xalq prokurorları qanuna əməl etməlidir. Onlar bunu gündəlik fəaliyyətində vacib amil hesab edirlər. Təqsirləndirilən şəxslərin hüquqlarına Xalq Prokurorluğu nəzarət edir. Biz öz ölkəmizdə bununla bağlı müvafiq mexanizmləri yaratmışıq. İctimaiyyət fikirlərini “Qaynar xətt” vasitəsilə bildirə bilər. Prokurorluğun müstəqilliyini qorumaq məqsədilə güclü daxili nəzarət mexanizmi də mövcuddur. Laos Ali Xalq Prokurorluğu hüququn aliliyini möhkəmləndirmək məsuliyyətini öz üzərində daşıyır".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər