Azərbaycanla Vyetnam arasında beş əməkdaşlıq sənədi imzalandı - YENİLƏNDİ

Azərbaycanla Vyetnam arasında beş əməkdaşlıq sənədi imzalandı - YENİLƏNDİ
16.07.2025 17:18 Sənaye və energetika

Hanoyda Vyetnam - Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirilib.

Biznes Şurası və Forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Bu barədə Energetika Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long deyib ki, Azərbaycan Qafgaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır.

Bu da ölkələrmiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir.

Vyetnamın Sənaye və Ticarət Nazirliyi və müvafiq qurumlar Azərbaycanla sıx əməkdaşlıq etməyə, şirkətlərə şərait yaratmağa hazırdırlar.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, yarım əsrdən artıq tarixi olan Azərbaycan-Vyetnam dostluğu, eləcə də bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla strateji səviyyəyə yüksəlmiş münasibətlərimiz güclü iqtisadi tərəfdaşlıq üçün möhkəm baza təşkil edir. Bu əsas üzərində qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət dövriyyəsinin, investisiya axınlarının artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Biznes Şurası və Forumu əhəmiyyətli platformalardır. Azərbaycan iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoyduğu, xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığı vurğulanaraq qeyd edilib ki, son 20 ildə ölkə iqtisadiyyatına qoyulmuş təqribən 350 milyard ABŞ dolları məbləğində sərmayənin yarıdan çoxunun xarici investisiya olması bu etimadın bariz göstəricisidir. Bildirilib ki, sənaye parkları, azad iqtisadi zonalar, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının Azərbaycan üzərindən keçməsi ölkəmizi geniş coğrafiyada strateji iqtisadi qovşağa və mühüm regional mərkəzə çevirib. Eyni zamanda Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyindəki rolu hazırda zəngin bərpa olunan enerji potensialı və yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişlənir. Nazir Pərviz Şahbazov deyib: “Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda, Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik”.

Tədbir çərçivəsində VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC. CO və Fresh - Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb. BOEMDA ilə “ROX Group” SC arasında imzalanmış bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Biznes Şurası və Forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və B2B görüşləri ilə davam edib.

***

15:35

Vyetnamın Hanoy şəhərində 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBİA, Vyetnam Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirildi. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət etdik. 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı”, - paylaşımda qeyd olunur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər