Azərbaycan nefti 6%-dən çox bahalaşdı - SON QİYMƏTLƏR

Azərbaycan nefti 6%-dən çox bahalaşdı - SON QİYMƏTLƏR
15.07.2026 09:52 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,22 ABŞ dolları və ya 6,42 % artaraq 86,51 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress TV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,79 ABŞ dolları və ya 6,11 % artaraq 83,15 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək 10:32 Aİ və Ukrayna ordusu birləşir? - Lyayen bəyanat verdi 10:12 Lamin Yamal unikal rekorda imza atdı 10:09 Azərbaycan nefti 6%-dən çox bahalaşdı - SON QİYMƏTLƏR 10:00 Beşinci nəsil qırıcılar işə düşdü: Rusiya gecə saatlarında Çornomorsk limanını hədəf aldı - VİDEO 09:40 İranda ardıcıl partlayışlar: ABŞ-nin zərbələrindən sonra strateji liman şəhərindən yeni görüntülər yayıldı 09:30 Dünya bazarlarında neft bahalaşdı 09:23 "Sabah" Azərbaycanın əmsalını daha da artırdı 09:14 Azərbaycan XİN Türkiyəyə mesaj ünvanladı 08:45 Tramp İrana qarşı yeni hərbi əməliyyatı müzakirə etdi 08:41 Etna vulkanında aktivlik son 15 ildə xeyli artıb - SƏBƏB 08:30 SEPAH ABŞ bazalarına zərbə endirdiyini açıqladı - VİDEO 08:25 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 23:06 2023-dən sonra ilk dəfə: BOK-un saytında Rusiya ilə bağlı dəyişiklik 00:31 İllərdir yumurtanı səhv bişirirmişik? Mütəxəssislər yeni üsulu açıqladı 23:37 Sükan arxasında ağıllı saat istifadə edən sürücülər cərimələnə bilər 22:57 Alma və bananı yanaşı qoymayın - SƏBƏB 21:58 Ayın bu tarixlərində doğulmusunuz? Sizdə xüsusi qabiliyyət ola bilər 20:19 “WhatsApp”da bunu etməyin! Şəxsi məlumatlarınız ifşa oluna bilər 19:01 İranın daha bir şəhəri bombalanır - VİDEO 01:51 Bütün Xəbərlər