Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verildi

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verildi
09.06.2026 16:58

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

"Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat məsələlərinin addım-addım həlli kimi hallarda rəqəmsal köməkçi şagirdlərə yalnız dərs zamanı deyil, ehtiyac duyduqları istənilən vaxt fərdi dəstək göstərir.

Rəqəmsal tədris köməkçisindən istifadə etmək üçün şagirdlər “Rəqəmsal məktəb” platformasında öz şagird kabinetlərinə daxil olmalı və “Tətbiqlər” bölməsində yerləşdirilmiş “Rəqəmsal köməkçi” xidmətini seçməlidirlər.

Hazırda xidmət sınaq və öyrənmə mərhələsindədir. Rəqəmsal köməkçi əsasən riyaziyyat və təbiət elmləri üzrə təlimləndirilib. Digər fənlər üzrə təlim və təkmilləşdirmə prosesi davam etdiyindən cavablarda müəyyən qeyri-dəqiqliklər ola bilər. Təqdim olunan cavablar öyrənmə prosesinə dəstək xarakteri daşıyır və zəruri hallarda müəllim izahı ilə tamamlanmalıdır.

Rəqəmsal tədris köməkçisinin istifadəyə verilməsi təhsildə rəqəmsal transformasiyanın dərinləşdirilməsi, təhsil xidmətlərinin əlçatanlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində mühüm addımdır. Yeni həll şagirdlərin biliklərini möhkəmləndirməsinə, tədris materiallarını daha səmərəli mənimsəməsinə və öyrənməyə marağının artırılmasına xidmət edir", - məlumatda bildirilib.

Qeyd edilib ki, rəqəmsal köməkçi yerli generativ süni intellekt həlli kimi hazırlanıb və İqtisadiyyat Nazirliyinin yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində, ölkə daxilində yerləşən texnoloji mühitdə yerləşdirilib: "Həllin yerli infrastrukturda yerləşdirilməsi məlumatların ölkə daxilində saxlanılması və təhsil sahəsində süni intellekt imkanlarının milli rəqəmsal ekosistem çərçivəsində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həllin yaradılması 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin G42 qrupuna daxil olan “Presight” şirkəti arasında təhsil sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sənəd təhsildə süni intellektin tətbiqini, şagirdlər üçün süni intellekt əsaslı mentorların, müəllimlər üçün rəqəmsal köməkçilərin hazırlanmasını, eləcə də təhsil yönümlü Azərbaycan dili modellərinin inteqrasiyasını nəzərdə tutur".

TodayPress TV

FOTOLAR

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verildi — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər