Yaddaş problemi olanların NƏZƏRİNƏ: Qarşısını alan molekul kəşf edildi

Yaddaş problemi olanların NƏZƏRİNƏ: Qarşısını alan molekul kəşf edildi
19.05.2025 14:41 Sağlamlıq

Braziliyalı alimlər həm təbii qocalma, həm də demensiya ilə əlaqəli olan koqnitiv pozuntuları geri qaytara bilən molekul aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Aging Cell" elmi jurnalında məlumat dərc olunub.

Tədqiqatın nəticələrinə görə, hevin adlı bu maddə beyindəki köməkçi hüceyrələr olan astrositlər tərəfindən ifraz olunur və sinirlər arasındakı rabitəni yaxşılaşdıraraq yaddaş funksiyalarını bərpa edir.

Laboratoriya siçanları üzərində aparılan sınaqlar hevin səviyyəsinin artırılmasının həm Alzheimer xəstəliyinin modelində, həm də sağlam yaşlı heyvanlarda yaddaş zəifləməsinin qarşısını aldığını göstərib. Maraqlıdır ki, bu maddə Alzheimer xəstəliyinin əsas göstəricilərindən sayılan beta-amiloid lövhələrinə birbaşa təsir göstərməyib. Tədqiqatçılar bu məqamı xəstəliyin yalnız lövhə yığılması ilə deyil, sinir hüceyrələrinin plastiklik qabiliyyətinin azalması da daxil olmaqla çoxsaylı amillərlə əlaqəli olması ilə izah edirlər.

Alimlər qeyd edirlər ki, bu tapıntı astrositlərin beyin funksiyalarında oynadığı rola yenidən baxılmasına səbəb olub. İndiyə qədər diqqət əsasən neyronlara yönəlmişdi, lakin indi məlum olur ki, beynin dəstək hüceyrələri demensiya və yaşla bağlı yaddaş pozuntularının müalicəsində potensial əsas hədəf ola bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 AVQUST 2026
Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 Bütün Xəbərlər