Xolesterinin azalmasına kömək edən məhsullar açıqlandı

Xolesterinin azalmasına kömək edən məhsullar açıqlandı
12.08.2025 19:15 Sağlamlıq

Bəzi bitki və heyvan mənşəli məhsulların rasiona daxil edilməsinin xolesterin səviyyəsini azaltmağa kömək edə biləcəyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, dietoloqların sözlərinə görə, qoz-fındıq, avokado, soyuq sıxılma zeytun yağı, çia toxumu, makadamiya qozu, fıstıq, kətan toxumu və balıq bu baxımdan xüsusilə faydalıdır. 

Bu məhsullar "olein" turşusu və “omega-3” kimi faydalı "mono" doymamış yağlarla, həmçinin bağırsaqda xolesterinin sovrulmasını azaldan qida lifləri ilə zəngindir.

Həmçinin qızılbalıq (losos) tərkibindəki “omega-3”lə yanaşı, kalium və maqnezium da təmin edir ki, bu da arterial təzyiqin normallaşmasına, qan dövranının yaxşılaşmasına və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edir.

Xolesterin bütün heyvan və insan hüceyrələrinin membranlarının tərkib hissəsidir və hüceyrə funksiyalarının tənzimlənməsində mühüm rol oynayır – onsuz öd turşuları, “D” vitamini və bəzi hormonlar sintez oluna bilməz.

Təhlükəli olan xolesterinin normadan artıq səviyyəsidir, çünki bu zaman ateroskleroz riski artır. Çox vaxt xolesterinin yüksəlməsinə rasionda sadə karbohidratların, doymuş və trans yağların həddindən artıq istifadəsi səbəb olur.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Bütün Xəbərlər