Şəkərli və spirtli içkilər qaraciyər üçün təhlükəlidir

Şəkərli və spirtli içkilər qaraciyər üçün təhlükəlidir
13.10.2025 19:15 Sağlamlıq

Qidalanma və sağlamlıq sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərli qazlı içkilər və spirtli içkilər orqanizmə fərqli şəkildə təsir göstərsə də, hər ikisi qaraciyər üçün ciddi yük yaradır.

TodayPress TV xəbər verir ki, şəkərli qazlı içkilər qaraciyər hüceyrələrində yağ yığılmasına səbəb olur və uzunmüddətli istehlak nəticəsində qaraciyərin piylənməsi (yağlı hepatit) riskini artırır. 

Bu içkilərin tərkibindəki yüksək miqdarda şəkər və fruktoza orqanizmdə insulin müqaviməti yarada bilər ki, bu da 2-ci tip şəkərli diabetin inkişafına şərait yaradır.

Bəzi tədqiqatlar göstərir ki, süni dadlandırıcılar da orqanizm üçün tam zərərsiz deyil. Onlar bağırsaq mikroflorasının tarazlığını poza və ürək-damar, həmçinin endokrin sistem xəstəlikləri üçün risk amilinə çevrilə bilər.

Mütəxəssislər qeyd edirlər ki, spirtli içkilərin təsiri daha təhlükəlidir, çünki spirt hepatotoksik maddədir. Yəni qaraciyər hüceyrələrinə birbaşa zərər vurur. Davamlı spirt qəbulu qaraciyər sirozu və digər ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Mütəxəssislər insanlara həm spirtli, həm də şəkərli içkilərin qəbulunu minimuma endirməyi, onların yerinə su, təbii meyvə şirələri və ya şəkərsiz bitki çayları seçməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Bütün Xəbərlər