Baş ağrısından qurtulmağın SADƏ ÜSULU

Baş ağrısından qurtulmağın SADƏ ÜSULU
02.06.2026 05:00 Sağlamlıq

Baş ağrısı müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bu problem stres, əzələ gərginliyi, damar reaksiyaları və ya hormonal dəyişikliklər nəticəsində yarana bilər. Dərman müalicəsi hər zaman yeganə çıxış yolu olmadığından, alternativ üsullara maraq getdikcə artır. Bu üsullar arasında aromaterapiya xüsusi yer tutur.

TodayPress TV xəbər verir ki, rusiyalı bədən aromaterapevti və "Ampermy" praktika mərkəzinin mütəxəssisi İrina Dobryanskaya "Moslenta" portalına açıqlamasında baş ağrıları zamanı istifadə oluna biləcək efir yağlarından danışıb.

Mütəxəssisin sözlərinə görə, efir yağları qoxu hissi vasitəsilə beyinə təsir göstərərək stresi, narahatlığı və əzələ spazmlarını azaltmağa kömək edir. Yağın seçimi isə ağrının növündən asılıdır.

Dobryanskaya bildirib ki, baş ağrıları üçün universal resept mövcud deyil. Bununla belə, həm klinik təcrübə, həm də elmi araşdırmalarla effektivliyi müəyyən qədər təsdiqlənmiş bir sıra efir yağları var.

Onun sözlərinə görə, nanə efir yağı baş ağrıları zamanı ən çox istifadə olunan vasitələrdən biridir. Bu yağ sərinlik hissi yaradaraq beynin ağrı siqnallarından yayınmasına kömək edir.

Lavanda efir yağı isə stres və yuxusuzluqla əlaqəli miqrenlər zamanı faydalı hesab olunur. O, sinir sistemini sakitləşdirir.

Roma çobanyastığı efir yağı əsəbilik hissini və boyun nahiyəsindəki gərginliyi azaltmağa kömək edir, həmçinin spazmolitik xüsusiyyətləri ilə seçilir.

Rozmarin efir yağı zehni yorğunluq və aşağı qan təzyiqi zamanı istifadə olunur. Mütəxəssisin sözlərinə görə, bu yağ beyin damarlarının tonusunu artırmağa kömək edir.

Limon efir yağı isə güclü iltihabəleyhinə təsiri sayəsində boyun nahiyəsindəki döyünən ağrıların azalmasına kömək edə bilər.

Dobryanskaya vurğulayıb ki, yalnız 100 faiz təbii və sintetik qatqılar olmayan efir yağlarından istifadə edilməlidir. O qeyd edib ki, nanə və rozmarin efir yağlarının hamiləlik dövründə, xüsusilə ilk trimestrdə, eləcə də altı yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.

Mütəxəssis dozaya diqqət yetirməyin vacibliyini də xatırladıb. Onun sözlərinə görə, efir yağlarının həddindən artıq istifadəsi ürəkbulanma yarada və hətta baş ağrısını daha da gücləndirə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər