Hamiləlikdə idmanla bağlı maraqlı faktlar: Alimlər açıqladı

Hamiləlikdə idmanla bağlı maraqlı faktlar: Alimlər açıqladı
22.04.2026 18:45 Sağlamlıq

Hamiləlik dövründə fiziki aktivlik uşağın maddələr mübadiləsini yaxşılaşdırır, lakin doğuşdan əvvəlki stress bu təsiri zəiflədə və ya aradan qaldıra bilər.

Todaypress TV  xəbər verir ki, bu barədə "Gazeta.ru" da məqalə dərc olunub.

Belə ki, ABŞ-nin  Wexner Universiteti Tibb Mərkəzinin tədqiqatçıları C57BL/6 siçanları üzərində təcrübə aparıblar. Onlar fiziki aktivlik səviyyəsinə və stressə məruz qalma vəziyyətinə görə dörd qrupa bölünüblər. Nəticələr göstərib ki, fiziki cəhətdən aktiv və stressə məruz qalmayan anaların erkək balaları qlükoza tolerantlığının yaxşılaşması ilə xarakterizə olunan daha sağlam metabolik göstəricilər nümayiş etdiriblər.

Lakin hamiləlik dövründə anaları stressə məruz qalan erkək balalarda, dişi analar fiziki aktiv qalsalar belə, bu müsbət təsir müşahidə olunmayıb. Dişi nəsildə isə oxşar əhəmiyyətli fərqlər aşkar edilməyib.

Alimlər bu təsiri kortikosteroidlər – stress hormonlarının təsiri ilə izah edirlər. Bu hormonlar enerjinin sərf olunması və bədən istiliyinin tənzimlənməsində rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərə bilər. Tədqiqatçılara görə, bu mexanizmlərin pozulması “metabolik proqramlaşdırma”ya – yəni doğuşdan əvvəl maddələr mübadiləsinin formalaşmasına təsir edir.

Tədqiqatçılar ananın psixo-emosional vəziyyətinin uşağın gələcək sağlamlığında mühüm rol oynadığını vurğulayırlar. Nəticələr hamiləlik dövründə fiziki aktivliyin faydaları qiymətləndirilərkən stress səviyyəsinin də nəzərə alınmasının vacibliyini göstərir.

Jalə Rövşən 

Todaypress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər