"Neft Daşları"ndan əldə edilən neftin həcmi açıqlandı

"Neft Daşları"ndan əldə edilən neftin həcmi açıqlandı
05.06.2025 13:52

Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağından işlənmənin əvvəlindən burada 181,2 mln. ton neft neft hasil edilib (01 aprel 2025-cü il tarixinə olan məlumata görə - red.).

TodayPress TV SOCAR-ın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə 14,2 mlrd. kubmetr səmt qazı hasil edilib.

Məlumata görə, yataqda 1983 quyu qazılıb, bunlardan 430 quyu istismar quyu fondundadır.

"Neft Daşları"da qazılan ilk quyudan 1949-cu ilin noyabrın 7-də neft fontan (gündəlik 100 ton hasilatla) vurub və bununla da, dünya tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulub.

"Neft Daşları" açıq dənizdə ilk dəniz platforması kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub.

Uzunluğu 12 km, eni 6 km olan "Neft Daşları" yatağı 1951-ci ildə işlənməyə daxil edilib. Yataq hazırda SOCAR-ın "Azneft" İB-in Neft Daşları NQÇİ tərəfindən istismar olunur. "Neft Daşları"nda 180 km-dən artıq estakada salınıb, 320-dən artıq istehsal meydançası quraşdırılıb, 100 km-lərlə neft, qaz, su kəmərləri çəkilib. SOCAR-ın illik neft-qaz hasilatının 70%-i sahilə buradan ötürülür.

XƏBƏR LENTİ
31 IYUL 2026
Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Bütün Xəbərlər