Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
06.08.2025 09:52

Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. M.Mirzəyev məsuliyyətə cəlb olunub.

"Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir".

XƏBƏR LENTİ
14 AVQUST 2026
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur 16:39 Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi 16:54 KİV: Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərməyə hazırlaşır 16:30 Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Bütün Xəbərlər