"Pilot Residence" yaşayış binasına baxış keçirildi

"Pilot Residence" yaşayış binasına baxış keçirildi
05.09.2025 16:51

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” sakinləri ilə MTK rəhbərliyi arasında məhkəmə mübahisəsi davam etməkdədir.

TodayPress TV xəbər verir ki, öncə ilkin instansiya məhkəməsi - Səbail Rayon Məhkəməsi işi 9 ay ərzində araşdıraraq, müvafiq dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq qanunsuzluqları təsdiqləyib. Nəticədə MTK-dan qanunsuz tikililərin sökülərək ləğvi tələb olunub. Daha sonra MTK qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi 7 aylıq araşdırmadan sonra Səbail Rayon Məhkəməsinin mövqeyini təsdiqləyib. MTK isə bu dəfə işin Ali Məhkəməyə çıxarılmasına nail olub. Ali Məhkəmə əvvəlki qərarların ləğvini elan edərək prosesin mahiyyəti üzrə yenidən araşdırılması məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda iş hakim Vahid Sadıqovun sədrliyi ilə təkrar araşdırılır. 

Sakinlərin verdiyi məlumata əsasən, 1 sentyabr 2025-ci il tarixində adıçəkilən yaşayış kompleksinin ərazisinə hakim Vahid Sadıqovun rəhbərliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının katib və üzvləri tərəfindən baxış keçirilib. Ədalət təmsilçiləri ilə yanaşı, iş üzrə şikayətçilər, “Pilot Residence” MTK-nın nümayəndələri, vəkillər, həmçinin Sakinlərin Təşəbbüs Qrupunun iştirak etdiyi baxışda məqsəd 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş Baş Plan və Bina Layihəsinin icrası zamanı yol verilmiş kənarlaşma və tikinti qanunsuzluqlarının araşdırılması olub. Məhkəmə MTK rəhbərliyinə layihədən kənar mövcud olan 4 qeyri-yaşayış təyinatlı tikintinin hansı layihə və icazələr əsasında inşa olunmasına dair əsaslandırmanı təqdim etməyi tapşırıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesi artıq 3 ilə yaxındır davam edir. İlk məhkəmə iclası 2023-cü ilin fevralında Səbail Rayon Məhkəməsində başlanıb. 2017-ci ildə təsdiqlənmiş “Pilot Layihə” çərçivəsində “Pilot Residence” yaşayış binasının tikintisi nəzərdə tutulsa da, sonradan layihədən kənar obyektlərin inşası sakinlərin gündəlik həyat şəraitinə mənfi təsir göstərir. İlkin araşdırmalar nəticəsində məlum olub ki, MTK layihədən kənar və icazəsiz olaraq bir sıra obyektlər inşa edib. Burada 850 kvadratmetr sahədə ticarət obyekti, layihədən kənar “balkon” tikililəri, həyətin bir hissəsində quraşdırılmış “qəfəs” tipli texniki tikili, binanın 3-cü blokuna bitişik ərazinin zəbt olunaraq başqa şəxsə satılması və s. kimi uyğunsuzluqlar aşkarlanıb.

Hazırda tərəflərin arqumentləri yenidən öyrənilir. Qanunsuz tikililərin aqibəti ilə bağlı son qərarı yaxın vaxtlarda məhkəmə elan edəcək. Sakinlər isə öz haqları uğrunda sonadək mübarizə aparacaqlarını, nəticədə haqq-ədalətin qələbə qazanacağına inandıqlarını bildiriblər.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
DÇ-2026: Türkiyə hesabda geridədir - YENİLƏNDİ 07:12 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Bütün Xəbərlər