İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edildi

İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edildi
29.07.2025 12:44

Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyevanın cinayət işi üzrə verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, o, cinayət məsuliyyətindən azad olunub və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Almaz Əliyeva dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəyib.

İttihama görə, sabiq direktor dərslərdə iştirak etməyən şagirdlərə görə müəllimlərə ümumilikdə 14.320,57 manat həcmində əsassız əməkhaqqı ödənilməsinə şərait yaradıb. Bu vəsait büdcə fondlarından israf edilməklə mənimsənilib.

Almaz Əliyeva Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə ittiham olunaraq Naftalan Şəhər Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Bütün Xəbərlər