Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu

Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu
13.08.2026 16:05

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin noyabr ayında baş verib. İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.

C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S. Həsənov saxlanılıb.

Daha sonra S.Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C.Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.

Təqsirləndirilən S.Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

XƏBƏR LENTİ
13 AVQUST 2026
Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Bütün Xəbərlər