Baş Prokurorluq: Hüseyn Səfərov inzibati binada, qardaşı isə avtomobildə ölüb

Baş Prokurorluq: Hüseyn Səfərov inzibati binada, qardaşı isə avtomobildə ölüb
02.07.2025 11:16

Azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən elə həmin gün – iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb.

TodayPressTV xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, iyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Bütün Xəbərlər