Arzumun cəzasının ağırlaşdırılması istənildi

Arzumun cəzasının ağırlaşdırılması istənildi
22.07.2026 11:13

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir.

TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş və hadisə zamanı vəfat edən Amalın həyat yoldaşı Sənubər Muradova apellyasiya şikayəti verib.

O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir. Hazırda proses Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, "Arzum" ləqəbli tiktokerin vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Onlar tiktokerin həbsdən azad olunmasını istəyiblər.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Arzum" cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Gecə yarısı “Çanqan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn “Mersedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Trampdan sürpriz təklif: İnfantino BMT-nin Baş katibi ola bilər? 10:02 Yaxın Şərqdə böyük qarşıdurma davam edir: ABŞ İranın ən strateji obyektlərini belə vurdu - VİDEO 09:54 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 09:45 Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlişə keçdi 09:30 Azərbaycan mədəniyyətinə ağır itki - VİDEO 09:19 Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO 09:13 Əhaliyə XƏBƏRDARLIQ! Saat 08:00-dan etibarən… 21:40 Bütün Xəbərlər