Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO
Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.
TodayPress TV xəbər verir ki, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.
Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.
20:58
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
19:10
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.