BƏƏ-də saxlanılan şəxsin qaçaqmalçılıqda təqsirləndirilən dəstənin üzvü olduğu məlum oldu

BƏƏ-də saxlanılan şəxsin qaçaqmalçılıqda təqsirləndirilən dəstənin üzvü olduğu məlum oldu
20.02.2026 18:08 Hadisə

Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilən şəxsin 4 milyon manatdan artıq dəyərdə qızıl qaçaqmalçılığında təqsirləndirilən dəstənin daha bir üzvü olduğu məlum olub.

TodayPress TV xəbər verir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işi üzrə Səmədzadə Tural Akif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib. O, 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək həbs edilib.

“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” 20 noyabr 2006-cı il tarixli Müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Səmədzadə Tural Akif oğlunun ekstradisiyası haqqında ölkəmizin vəsatəti Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edilib.

Təqsirləndirilən şəxs bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ölkəmizə gətirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər