UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununda hesab bərabərləşdi - YENİLƏNDİ
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda dördüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib - 2:2.
47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.
20:47
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.
TodayPress TV xəbər verir ki, rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.
36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.
20:15
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.
Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.
20:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.
Komandanın kapitanı Emin Mahmudov fərqlənib.
19:59
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Bakıdakı "Palms Sports Arena"da keçirilir.
Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.