Yolunu tapdılar: Repetitorluq bitir

Yolunu tapdılar: Repetitorluq bitir
18.06.2026 14:22

"Azərbaycanda erkən yaşlardan repetitor və hazırlıq kurslarına yönləndirmənin əsas səbəblərindən biri mövcud təhsil sistemidir". 

TodayPress TV xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev bildirib.


O hesab edir ki, problemin həlli üçün təhsil sistemində köklü dəyişikliklərə ehtiyac var:

"Bu istiqamətdə, xüsusilə də təhsil sisteminin dəyişdirilməsi zəruridir. Nə qədər müxtəlif düzəlişlər və yanaşmalar tətbiq olunsa da, ümumi müsbət nəticələrin əldə olunmasında müəyyən çətinliklər qalacaq. Lakin təhsil sistemi dəyişdirilərsə və üç pilləyə - ibtidai təhsil, doqquzuncu sinfə qədər icbari təhsil və sonrakı mərhələdə ali təhsilə hazırlıq mərhələsinə bölünərsə, bu daha faydalı ola bilər".

Ekspertin sözlərinə görə, hazırkı sistemdə məktəb məzunları ali məktəblərə qəbul üçün tələb olunan proqramı tam mənimsəyə bilmirlər:

"Hazırda 11-ci sinfə çatan bir şagird Azərbaycan dili və ya riyaziyyat üzrə ümumi qəbul proqramının cəmi 5-10 faizini mənimsəmiş olur. Buna görə də o, məcbur qalır ki, repetitor yanına getsin və ya hazırlıq kurslarına müraciət etsin. Yeni model tətbiq edilərsə, 10-cu sinifdən etibarən şagirdlərin ali təhsilə hazırlığı daha sistemli şəkildə təşkil oluna bilər. Bu prosesə yüksək nəticə göstərmiş müəllimlərin cəlb olunması da effektiv nəticələr verə bilər. Qəbul imtahanları ətrafında formalaşan psixoloji təzyiq valideynlərin uşaqları erkən yaşlardan hazırlıq prosesinə yönləndirməsinə səbəb olur. Hazırda qəbul imtahanı ilə bağlı qorxu və fobiya həm valideynlər, həm də şagirdlər arasında kifayət qədər yüksək səviyyədədir. Buna görə də müşahidə edirik ki, şagirdlər hələ aşağı siniflərdən etibarən valideynləri tərəfindən hazırlıq prosesinə yönləndirilirlər".

R.Nurəliyev əlavə edib ki, qəbul imtahanlarının sadələşdirilməsi və fənn sayının azaldılması da mövcud problemin həllinə müsbət təsir göstərə bilər:

"Qəbul imtahanları çətinləşdikcə, bu qorxu və narahatlıq daha da artır. Ona görə də hesab edirəm ki, həm qəbul imtahanlarının müəyyən qədər sadələşdirilməsi, həm fənn sayının azaldılması, həm də təhsil sistemində aparılacaq dəyişikliklər bu problemin həllinə müsbət təsir göstərə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
"Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 Bütün Xəbərlər