Yepiskop: “Kilsə üçün təhsil sadəcə məlumat ötürülməsi deyil”

Yepiskop: “Kilsə üçün təhsil sadəcə məlumat ötürülməsi deyil”
24.12.2025 12:37

“Kilsə öyrədir ki, texnologiyalar özlüyündə nə xeyir, nə də şərdir — hər şey onların kimin əlində və hansı məqsədlə istifadə olunmasından asılıdır. Texnoloji tərəqqi bərabərsizliyi dərinləşdirməməli, insana və ümumi rifaha xidmət etməlidir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinariyisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda panel müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, süni intellekt bu gün artıq təhsil və maarifləndirmə sahəsində dəyərli alətə çevrilib, tədrisin fərdiləşdirilməsinə, biliklərə çıxışın genişlənməsinə və əlilliyi olan şəxslərin dəstəklənməsinə imkan yaradır. Lakin Feketenin sözlərinə görə, Papa Fransiskin də xəbərdarlıq etdiyi “texnokratik illüziya” təhlükəsi mövcuddur: 

“Bu zaman səmərəlilik müdrikliyi, informasiya isə həqiqi biliyi əvəz edir”.

Yepiskop vurğulayıb ki, Müqəddəs Kitab informasiyadan daha üstün dəyər kimi müdrikliyi önə çəkir və bu prinsip təhsil prosesində xüsusilə əhəmiyyətlidir:

“Kilsə üçün təhsil sadəcə məlumat ötürülməsi deyil, bütöv insan şəxsiyyətinin — vicdanın, əxlaqi məsuliyyətin və xeyirlə şəri ayırd etmək bacarığının formalaşdırılmasıdır. Bu baxımdan heç bir alqoritm müəllimlə şagird arasında mövcud olan canlı münasibətləri əvəz edə bilməz”.

O əlavə edib ki, Papa XIV Leo də texnologiyaların etik müşayiət olunması ideyasını inkişaf etdirərək süni intellektin təhsildə məqsəd deyil, vasitə olmalı olduğunu vurğulayıb. Feketenin sözlərinə görə, maşın məlumatları emal edə bilər, lakin yalnız insan insanı tərbiyə etmək gücünə malikdir.

Yepiskop süni intellekt dövründə tənqidi düşüncənin itirilməsi təhlükəsinə də diqqət çəkib və informasiya bolluğunun məsuliyyəti daha da artırdığını bildirib.

Sonda o vurğulayıb ki, Katolik Kilsəsi süni intellekti təhlükə kimi deyil, mənəvi istiqamət tələb edən bir vasitə kimi qiymətləndirir: 

“Təhsildə süni intellekt yalnız o zaman insanın inkişafına xidmət edə bilər ki, mərkəzdə həmişə Allah tərəfindən yaradılmış insan şəxsiyyəti dayansın”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 Bütün Xəbərlər