Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu
26.08.2025 12:14

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə 21–22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetin müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət yanaşıblar.

Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzində yerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digər tarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılan bərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixini qoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksək qiymətləndiriblər.

FOTOLAR

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu — 1
Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu — 2
Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu — 3
Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində oldu — 4
XƏBƏR LENTİ
17 IYUN 2026
Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Bütün Xəbərlər