Türk Dünyası Araşdırmalar Mərkəzinə rəhbər təyinatı oldu

Türk Dünyası Araşdırmalar Mərkəzinə rəhbər təyinatı oldu
03.04.2026 12:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə İlyas Hüseynov Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib.

O Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantura təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti dövründə Sabunçu Rayon İcra Hakimiyyətində, Bakı Avrasiya Universitetində və Sosial Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, sonuncu qurumda departament səviyyəsində rəhbər vəzifələr icra edib.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan İlyas Hüseynov Qərbi Kaspi Universiteti və Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. O, yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi məqalə və tezisin müəllifidir və hazırda TDAM-ın rəhbəri kimi fəaliyyətini davam etdirir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər