Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir

Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir
18.06.2026 14:46

Sosial şəbəkələrdə Şıxov çimərliyində dənizə naməlum mayenin axıdılmasını əks etdirən görüntülər yayılıb. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məlumata görə, kadrlarda uzun boru vasitəsilə çirkab suya bənzər mayenin birbaşa Xəzər dənizinə axıdıldığı görünür.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən ekoloq Sadiq Həsənov görüntülərin ilk baxışdan çirkab su axıdılmasına bənzəmədiyini bildirib.


Onun sözlərinə görə, videoda görünən axın böyük ehtimalla dənizdə aparılan dərinləşdirmə və ya qazıntı işləri zamanı dənizin dibindən çıxarılan çöküntü və qruntun nasos vasitəsilə başqa əraziyə ötürülməsidir.

“Bu, qazıntı zamanı yaranan axındır. Dənizin bir hissəsini dərinləşdirmək üçün qazılmış material nasos vasitəsilə daha dərin hissəyə vurulur. Videoda görünən buna oxşayır”, – deyə ekspert qeyd edib.

Ekoloq vurğulayıb ki, çirkab suların bu şəkildə və belə məsafəyə axıdılması həm texniki, həm də maliyyə baxımından real görünmür.

“Bu qədər dərinliyə çirkab suyu axıtmaq üçün xüsusi boru kəməri çəkmək lazımdır. Bunun üçün icazələr və ciddi maliyyə vəsaiti tələb olunur. Adətən çirkab suları dənizə sahilboyu açıq kanallar və ya axın xətləri vasitəsilə axıdılır”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda görüntülərdə əks olunan mayenin tərkibi və mənbəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xanım Musayeva

TodayPress TV


XƏBƏR LENTİ
18 IYUN 2026
Qaş və kirpik baxımında istifadə olunan 7 təbii gücləndirici üsul 15:50 Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı! 15:29 Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi 15:13 Prezident: Ermənilərin məscidlərimizdə donuz saxlamaqlarını heç vaxt unutmayacağıq 15:17 Müharibənin acı mənzərəsi gözlər önünə sərildi: 555 nəfər artıq yoxdur... 15:02 Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir 14:46 Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu 14:47 "Araz-Naxçıvan"da yeni müqavilə 14:33 Yolunu tapdılar: Repetitorluq bitir 14:22 Azərbaycan xalqı Qarabağa köçür 14:16 Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır 14:13 Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu 13:52 Rusiya nə qədər vursa da, Moskva səması Ukrayna PUA-ları ilə doludur 13:54 Konate "Real"da - RƏSMİ 13:45 Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir” 13:27 ADY bu istiqamətdə eneji sistemlərini yenilədi 13:30 Prezident ən yaxşı mükafatı "Dost"una verdi 13:23 Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... 13:20 Mübariz İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib 12:51 Sabahın havası açıqlandı - Neçə dərəcə isti gözlənilir? 12:42 "Uşaqları geyindir!" - Moskvada azərbaycanlı ailənin dəhşətli anları - VİDEO 12:36 DÇ-26: İkinci tura start verilir 12:28 TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olundu 12:21 Bütün Xəbərlər