Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI

Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI
03.07.2026 20:04

Ukraynanın son aylarda Rusiyanın müxtəlif bölgələrində yerləşən neft emalı zavodlarına endirdiyi dron zərbələri ölkənin yanacaq sektorunda ciddi problemlər yaradıb. Bir vaxtlar dünyanın ən böyük enerji ixracatçılarından biri kimi tanınan Rusiya indi öz daxilində yanacaq çatışmazlığı ilə üz-üzə qalıb.

Bunun ən son və diqqətçəkən nümunəsi isə strateji əhəmiyyətə malik Novorossiysk şəhərində müşahidə olunur. Məlumatlara görə, şəhərin yanacaqdoldurma məntəqələrində benzinin sərbəst satışı tamamilə dayandırılıb, yanacaq yalnız xüsusi kart sistemi vasitəsilə məhdud şəkildə verilir. Yerli hakimiyyət orqanları artıq yanacaq ehtiyatlarının kritik həddə düşdüyünü etiraf edirlər. Bu vəziyyət təkcə Novorossiyskin deyil, bütövlükdə Rusiyanın enerji və logistika sistemində yaranan dərin problemlərin göstəricisi hesab olunur. Bildirilir ki, neft emalı zavodlarının fəaliyyətinin pozulması daxili bazarda yanacaq qıtlığını artırıb, nəticədə Moskva həm daxili tələbatı ödəmək, həm də ixrac öhdəliklərini yerinə yetirmək üçün alternativ mənbələr axtarmağa məcbur qalıb. Məhz bu səbəbdən Rusiya son dövrlərdə Hindistan və digər tərəfdaş ölkələrlə yanacaq və neft məhsulları sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Bir sıra məlumatlarda Rusiyanın hətta özünün ənənəvi enerji gücü imicinə zidd olaraq bəzi neft məhsullarının idxal imkanlarını araşdırdığı bildirilir.

Beləliklə, paradoksal vəziyyət yaranıb: dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya artıq yanacaq təminatı ilə bağlı ciddi çətinliklər yaşayır və bu böhranın aradan qaldırılması üçün xarici tərəfdaşlara üz tutmaq məcburiyyətində qalır.

Mövcud vəziyyət Rusiya iqtisadiyyatında daha geniş miqyaslı problemlərin xəbərçisi sayıla bilərmi? Rusiyada yaranan yanacaq böhranı qlobal enerji bazarlarında və region ölkələrində hansı nəticələr doğura bilər?

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, hazırkı vəziyyət hələlik uzunmüddətli enerji böhranı kimi qiymətləndirilmir:

"İlk növbədə qeyd edim ki, Rusiya hökumətinin qısamüddətli dövrdə daxili bazarı ixracdan üstün tutaraq yanacağın və bu qəbildən olan digər məhsulların ixracına məhdudiyyət qoyması başadüşüləndir. Çünki bu addım ehtiyatlardan daha səmərəli istifadə olunması və risklərin idarə edilməsi baxımından olduqca vacibdir. Məhz buna görə də hazırkı vəziyyət hələlik uzunmüddətli enerji böhranı kimi qiymətləndirilmir".

İqtisadçının fikrincə, neft emalı zavodlarına edilən hücumlar davam edərsə, o zaman vəziyyət tamamilə fərqli məcraya yönələ bilər:

"Belə olan halda yanacağın həm maya dəyəri, həm də daşınma xərcləri elə səviyyədə artacaq ki, bu, genişmiqyaslı inflyasiya proseslərinin formalaşmasına səbəb olacaq. Yəni söhbət təkcə yanacaq sektorundan getmir. Bu proses bütövlükdə makroiqtisadi mühitə ciddi təsir göstərəcək.

Eyni zamanda logistik fəaliyyət də ciddi problemlərlə üzləşəcək və bu, iqtisadiyyatın bütün istiqamətlərində öz mənfi təsirini göstərəcək. Çünki istər dizel, istər benzin, istərsə də digər emal məhsulları üzrə bazarlarda təklifin azalması qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Qiymətlər artdıqca daşınma xərcləri də yüksələcək. Hətta məsələ yalnız daşınmanın bahalaşması ilə məhdudlaşmayacaq, bəzi hallarda yanacaq çatışmazlığı səbəbindən logistik zəncirlərdə ciddi qırılmalar baş verəcək.

Bu gün təsəvvür edin ki, adi avtomobillərin və ya mülki xarakterli nəqliyyat vasitələrinin yanacaqla təminatında problemlər yaranırsa, sabah oxşar çətinliklər hərbi istiqamətlərdə də özünü göstərə bilər. Bu isə artıq daha ciddi nəticələr doğuran bir məsələdir.

Digər tərəfdən, yaranmış problemləri yalnız ixracı məhdudlaşdırmaqla və ya ümumiyyətlə tam dayandırmaqla həll etmək mümkün olmayacaq. Bu yanaşma uzunmüddətli perspektivdə effektiv nəticə verməyəcək. Həmçinin qonşu ölkələrdən idxal hesabına vəziyyəti uzun müddət sabit saxlamaq da çətin olacaq. Çünki söhbət kifayət qədər böyük istehlak həcmindən gedir. Bu istehlakın qarşılanması üçün çox böyük miqyasda idxal həyata keçirilməlidir ki, bu da əlavə maliyyə və logistika yükü deməkdir".

Eldəniz Əmirovun sözlərinə görə  belə bir vəziyyətin digər ölkələrə, o cümlədən Azərbaycana da müəyyən təsirləri ola bilər:

"Lakin Azərbaycan alternativ mənbələr və istiqamətlər hesabına benzin və digər yanacaq məhsullarının idxalını təmin etmək imkanına malikdir. Bu səbəbdən düşünmürəm ki, ölkəmizdə həmin məhsullarla bağlı ciddi və uzunmüddətli risklər yaransın".

XƏBƏR LENTİ
03 IYUL 2026
Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” 21:09 Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir 20:44 Zelenski meydan oxudu: “Onları üstələyəcəyik” 20:33 “Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi 20:28 Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir? 19:51 Türk dünyası bu bəyannamədə birləşdi 20:20 Axrıncı dəfə olsun, Elvin! 20:12 Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI 20:04 33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu 19:43 Rəsmilər İranda vida mərasimində belə iştirak etdilər - Prezidentin başsağlığı çatdırıldı 19:34 XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Suriyanın müdafiəsi türk generala tapşırıldı 18:59 33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Bütün Xəbərlər