Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO
12.03.2026 16:59

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, martın 12-də Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli “Sərhədçi” yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.

Tədbir zamanı bildirilib ki, müasir standartlara cavab verən yaşayış binalarına su və elektrik xətləri çəkilmiş, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, mənzillər mətbəx avadanlığı ilə təchiz olunub.

Binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük çəkilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim etmiş, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olmuş və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.

Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hərbi qulluqçular və ailə üzvləri ilə xatirə fotoşəkilləri çəkilib.

TodayPress TV

FOTOLAR

Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 1
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 2
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 3
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 4
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 5
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 6
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 7
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 8
Qubadlıda “Sərhədçi” yaşayış kompleksi hərbçilərin istifadəsinə verildi - VİDEO — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər