Dövlət Xidmətində görüş keçirildi

Dövlət Xidmətində görüş keçirildi
01.12.2025 10:37 Cəmiyyət

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş baş tutub.

Dövlət Xidmətindən TodayPress TV-yə verilən məlumat görə, tədbir korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, qeyri-hökumət təşkilatları və media nümayəndələrini Dövlət Xidmətində şəffaflığın təminatı, vətəndaşlara göstərilən xidmətlərdə yeniliklər, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərlə tanış etmək məqsədi daşıyıb.

Görüş iştirakçılarına Xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən vacib tədbirlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, idarəetmənin rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin edilməsi istiqamətində görülən işlər nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Görüşdə sözügedən məsələlər ətrafında müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin təklifləri dinlənilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər