Qaydalar təsdiqləndi: Kimlər daha tez pensiyaya çıxacaqlar?

Qaydalar təsdiqləndi: Kimlər daha tez pensiyaya çıxacaqlar?
02.12.2025 09:29

"Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarlar güzəştli şərtlərlə daha tez pensiyaya çıxmaq imkanlarını genişləndirib və pensiya təyinatı prosedurlarını sadələşdirib".

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Deputatın sözlərinə görə, “Əmək pensiyaları” haqqında Qanunun 9-cu maddəsinə əsasən, xüsusi siyahıda yer alan ağır, zərərli və yeraltı işlərdə azı 12 il 6 ay çalışmış kişilər, eləcə də azı 10 il çalışmış qadınlar üçün yaş həddi 5 il azaldılmaqla pensiya hüququ nəzərdə tutulur. Lakin müəssisələrin bağlanması səbəbindən işəgötürən arayışının əldə edilməsində çətinliklər yaşanırdı və bu, erkən pensiya hüququndan istifadəyə mane olurdu.

"Yeni qaydalarla bu problem aradan qaldırılıb. Artıq arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin çalışdığı peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğunluğu əsasında həmin dövr güzəştli iş stajına daxil ediləcək. Stajın hesablanması “Əmək və Məşğulluq” altsistemindəki müqavilə qeydlərinə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasındakı məlumat və ya dövlət arxivinin arayışı da pensiya təyin olunması üçün yetərli olacaq", - deyə o qeyd edib.

Parlamentari bildirib ki, digər mühüm yenilik pensiya məbləği ilə bağlıdır. Qulluq əlavəsi alan və işləməyə davam edən şəxslər üçün pensiya təyinatı zamanı əməkhaqqı əsasında hesablanan məbləğlə pensiya kapitalına görə hesablanan məbləğ müqayisə ediləcək və hansı yüksəkdirsə, vətəndaşa həmin məbləğ təyin olunacaq. Bu, pensiya məbləğində artım imkanları yaradır.

Vüqar Bayramov diqqətə çatdırıb ki, yeni dəyişikliklər həm erkən pensiya hüququnun reallaşmasını sürətləndirir, həm də vətəndaşların daha sərfəli pensiya məbləğini seçməsinə şərait yaradır. Bu, ümumilikdə pensiya təyinatının daha əlçatan və şəffaf olmasına xidmət edir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
"Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 Bütün Xəbərlər