Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır

Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır
24.07.2026 18:45

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə və digər təbiət ərazilərində yanğın riskini artırır.

TodayPress TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Bildirilib ki, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur.

Qeyd olunub ki, yanğından zərər çəkmiş ekosistemlərin bərpası uzun illər çəkə bilər.

Nazirlik vətəndaşlara meşələrdə və meşəətrafı ərazilərdə ocaq qalamamağı, söndürülməmiş siqaret kötüklərini təbiətə atmamağı, quru ot, kol-kos və məişət tullantılarını yandırmamağı, yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə saxlamamağı tövsiyə edib.

Vətəndaşlardan tüstü və ya yanğın əlaməti müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat vermələri xahiş olunub.

ETSN bəyan edib ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə, eləcə də təbiətə uzunmüddətli zərərin dəyməsinə səbəb ola bilər və əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır 19:18 Tramp Netanyahunu Ağ Evə çağırdı - Görüşün tarixi AÇIQLANDI 19:05 Arayik Harutyunyan və digərlərinin apellyasiya şikayətləri ilə bağlı məhkəmədən yeni xəbər 18:58 Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır 18:44 Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi 18:33 Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu 17:55 “Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slovyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 Bütün Xəbərlər