“Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR

“Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR
24.07.2026 20:02 Hadisə

"Space TV" bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib.

Açıqlamada qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevral ayından etibarən "Space TV"yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.

Qeyd edilib ki, keçmiş baş direktor Vado Korovin və həmin dövrdə icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış idarəetmə prinsiplərindən uzaq model tətbiq ediblər. Nəticədə kanal sistemli şəkildə zəifləyib, peşəkar media qurumu kimi inkişaf etmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmənin təsiri altında fəaliyyət göstərib. Bunun nəticəsində maliyyə intizamının pozulduğu və strateji inkişafın zəiflədiyi vurğulanıb.

Bildirilib ki, kanalın maddi-texniki bazası da faktiki olaraq iflic vəziyyətinə salınıb. Belə ki, balansda olan 24 xidməti avtomobildən cəmi ikisi işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi uzun müddət həyata keçirilməyib. Studiyaların baxımsız saxlanıldığı, texniki infrastrukturun isə müasir televiziya tələblərindən geri qaldığı qeyd olunub.

Açıqlamaya əsasən, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi addımların atılacağı bildirilib.

Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir. Qərarda qeyd edildiyi kimi, bu tədbir əməkhaqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Kanalın normal fəaliyyətini davam etdirdiyi vurğulanıb.

"Space TV" hazırda kanalda genişmiqyaslı islahat proqramının həyata keçirildiyini də açıqlayıb. Məlumata görə, qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara verilib, yeni pavilyonlar inşa olunub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni sənədli və televiziya filmləri, həmçinin xüsusi televiziya buraxılışları hazırlanıb. Bununla yanaşı, onlarla peşəkar kadr işə qəbul edilib, inzibati binada və həyətdə əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir LED sistemləri və monitorlar quraşdırılıb.

Açıqlamada qeyd olunub ki, hazırda kanalın proqram siyasəti tamamilə yenidən formalaşdırılır. Bildirilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Məqsədin "Space TV"ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə yol verilmiş ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirmək olduğu vurğulanıb.

Sonda bildirilib ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə, həyata keçirilən islahatların isə kanalın inkişafını təmin edəcəyinə əminlik ifadə olunur.

XƏBƏR LENTİ
24 IYUL 2026
Fövqəladə Hallar hərəkətə keçdi - Nəqliyyatı iflic edən yanğın söndürüldü 21:08 ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!” 21:03 Zakir Həsənov 12 hərbçinin öldüyü hücumla bağlı başsağlığı verdi 20:58 Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İran müxalifətinin qərargahları vuruldu - FOTO 20:53 Özgür Özel: “Ehtiyat partiyamız var” 20:44 İtaliya millisinin yeni baş məşqçisi o oldu 20:39 Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır 20:30 Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır 19:18 Tramp Netanyahunu Ağ Evə çağırdı - Görüşün tarixi AÇIQLANDI 19:05 Arayik Harutyunyan və digərlərinin apellyasiya şikayətləri ilə bağlı məhkəmədən yeni xəbər 18:58 Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır 18:44 Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi 18:33 Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu 17:55 “Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 Bütün Xəbərlər