Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
02.01.2026 10:15

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

TodayPress TV xəbər verir ki, Polad Həşimovun dünyaya gəlişindən 51 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

TodayPress TV


XƏBƏR LENTİ
18 AVQUST 2026
Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı 13:27 Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb 13:08 Tramp Omanı hədələdi – Konqres hərəkətə keçdi 12:33 Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi 12:40 Sabah 37 dərəcə isti olacaq 12:38 Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Bütün Xəbərlər