Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək?

Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək?
06.08.2026 16:45

"Bakı Metropoliteni" QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin təxminən 10 ay müddətinə dayandırılması, eləcə də bu dövrdə avtobus marşrutlarında ediləcək dəyişikliklər ictimai müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bir sıra sərnişinlər bəzi avtobus marşrutlarının hərəkət istiqamətinin dəyişdirilməsi barədə əvvəlcədən kifayət qədər məlumatlandırılmadıqlarını bildirirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, layihə strateji əhəmiyyət daşıyır və uzunmüddətli perspektivdə şəhərin nəqliyyat sisteminə müsbət təsir göstərəcək.


Onun sözlərinə görə, marşrutlarda hər hansı dəyişiklik edildikdə bununla bağlı məlumatlar rəsmi şəkildə paylaşılır.

"Ümumiyyətlə, hər hansı bir dəyişiklik olursa, AYNA bu barədə sosial media hesabları üzərindən paylaşım edir. Metroda tikinti işləri dövründə sərnişin axınının idarə olunması məqsədilə əlavə ictimai nəqliyyat tədbirləri nəzərdə tutulub. Xətlərin ayrılması layihəsi çərçivəsində yeni 6 ekspres marşrutun yaradılması və mövcud 20 marşrut üzrə avtobusların sayının artırılması nəzərdə tutulub".

Ekspert əlavə edib ki, layihənin həyata keçirilməsi şəhərin gələcək nəqliyyat imkanları baxımından qaçılmazdır.

"Bu, strateji zərurətdir. Şəhər böyüyür, amma mövcud infrastrukturun genişlənməsi texniki məhdudiyyətlərlə üzləşir. Xətlərin bir müstəvidə kəsişməsi imkan vermir ki, interval daha da azaldılsın, sərnişindaşıma intensivləşdirilsin. Nəticədə şəhərin onurğa sütunu olan relsli nəqliyyat sistemi tam sağlam fəaliyyət göstərə bilmir. Ona görə düşünürəm ki, sərnişinlər bunu anlayışla qarşılamalıdırlar. Çünki görülən işlər məhz onların daha rahat hərəkəti üçün həyata keçirilir".

O vurğulayıb ki, tikinti müddəti əvvəlcədən elan olunub və bu dövr ərzində sərnişinlər gündəlik səfərlərini yeni şəraitə uyğun planlaşdırmalıdırlar.

"Elan olunub ki, işlər 10 aylıq müddətdə icra ediləcək. Düşünürəm ki, bu müddət ərzində artıq mövcud reallığa uyğun səfər planlaması aparmaq lazımdır. Sərnişinlərə təsirləri minimuma endirmək üçün paralel infrastruktur layihələrinin də sürətləndirilməsinə ehtiyac var. Şəhərdə bəzi layihələrin sürətləndirilməsi vacibdir. Məsələn, Dərnəgüldən Koroğluya qədər mövcud dəmir yolu xəttinin müəyyən hissələrinin sərnişindaşımaya cəlb olunması istiqamətində iş görülməlidir. Bu, şimal istiqamətindən, xüsusilə Xırdalan tərəfdən gələn sərnişinlərə 20 Yanvar və 28 May stansiyalarına daxil olmadan şəhərin şərq hissəsinə çatmaq imkanı verər. Bununla da həmin stansiyaların yükü əhəmiyyətli dərəcədə azalardı".

R.Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatda planlaşdırılan yeni tarif və inteqrasiya mexanizmlərinin də tezliklə tətbiqi bu keçid dövrünü daha rahat edə bilər.

"Brutto-kontrakt sistemi işə düşür və bununla əlaqədar gündəlik, aylıq və illik bilet paketlərinin, həmçinin bir nəqliyyat növündən digərinə 90 dəqiqə ərzində pulsuz keçid imkanının tətbiqi nəzərdə tutulur. Düşünürəm ki, bu layihələrin də icrası sürətləndirilməlidir ki, yaranacaq təsirlər minimum səviyyədə olsun".

Ekspert şəhər daxilində piyada hərəkətinin təşviq edilməsinin də vacibliyini vurğulayıb.

"Xüsusilə şəhərin mərkəzi hissəsində svetoforların sayının artırılması, piyada səkilərinin abadlaşdırılması və rahatlaşdırılması lazımdır. Belə olduqda insanlar qısa məsafələri piyada qət etməyə daha çox üstünlük verəcəklər. Şərait yarandıqca insanların hərəkət vərdişləri də dəyişir və bu da mümkün neqativ təsirlərin azalmasına kömək edir".

Rauf Ağamirzəyev sonda vurğulayıb ki, layihənin yaratdığı müvəqqəti narahatlıqlara baxmayaraq, yekun nəticə paytaxtın metro sisteminin daha səmərəli işləməsinə imkan verəcək.

"Bu layihə qaçılmaz zərurətdir. Hesab edirəm ki, 10 ay sonra biz daha sağlam işləyən metro xətlərini müşahidə edəcəyik. İnsanlar "28 May" stansiyasında bir xətdən digərinə daha rahat keçə biləcəklər və bu da metro sisteminin gələcək inkişafı, qatarların daha səmərəli hərəkəti üçün möhkəm zəmin yaradacaq", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Türkiyə nəhəngi Salah transferini bitirdi! 16:35 2026 reqlamentinin sirrini “McLaren” açıqladı! 16:16 ABŞ üçün məsələ təkcə İran deyil - TRAMPIN YAXIN ŞƏRQ PLANI NƏDİR ? 16:15 Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Sanders: Pulu İsrailə yox vətəndaşlarımıza xərcləməliyik 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Bütün Xəbərlər