Mədəsi yuyulan uşaq NİYƏ ölüb? – AÇIQLAMA

Mədəsi yuyulan uşaq NİYƏ ölüb? – AÇIQLAMA
13.02.2026 14:16

"İlkin ehtimallar arasında tibbi müdaxilənin birbaşa ölümə səbəb olması inandırıcı görünmür".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu fikirləri xəstəxanada mədəsi yuyulduqdan sonra evə buraxılan və daha sonra həyatını itirən uşaqla bağlı TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, hadisə ciddi tibbi araşdırma tələb edir və mövcud məlumatlar əsasında ölüm səbəbi barədə qəti fikir söyləmək mümkün deyil:  

“Bu məsələyə birmənalı cavab vermək çətindir. Düşünmürəm ki, burada yatrogen, yəni tibbi müdaxilə nəticəsində yaranan bir fəsad baş verib. Belə hal olsa belə, adətən dərhal ölümə gətirib çıxarmır”.

Həkimin fikrincə, hadisənin əsas ehtimal olunan səbəblərindən biri zəhərlənmə və ya toksiki təsir ola bilər: 

"Uşağın orqanizmində hər hansı toksiki maddənin mövcudluğu ölüm riskini artırmış ola bilər. Belə hallarda ən vacib mərhələ meyitin təşrihi və tibbi ekspertizanın aparılmasıdır. Bu cür ölüm hallarında meyit mütləq müayinə olunmalı, ölümün birbaşa səbəbi araşdırılmalıdır. Ekspertiza keçirilmədən “niyə öldü?” sualına dəqiq cavab vermək mümkün deyil".

Professor vurğulayıb ki, xəstəxanada tətbiq edilən mədə yuyulması proseduru tibbdə geniş istifadə olunan standart müdaxilədir və onun birbaşa ölümə səbəb olması real görünmür. Bu prosedur adətən zəhərlənmə şübhəsi və ya ağır mədə-bağırsaq pozuntuları zamanı həyata keçirilir.

"Hadisənin obyektiv qiymətləndirilməsi üçün bütün tibbi sənədlər araşdırılmalı, laborator analizlər aparılmalı və yalnız bundan sonra yekun tibbi rəy açıqlanmalıdır. Bir insan həyatını itirib və səbəb mütləq dəqiq müəyyən edilməlidir. Yalnız ekspertiza nəticələri hadisənin əsl səbəbini ortaya qoya bilər", – deyə Adil Qeybulla fikrini tamamlayıb.

Qeyd edək ki, Sabirabad rayonunun Saraxanbəyli kəndində yaşayan bir ailənin dörd üzvü qida zəhərlənməsi şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Tibbi müdaxilə olunaraq mədələri yuyulduqdan sonra ambulator müalicə üçün evə buraxılan ailə üzvlərindən biri, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun səhhəti qəfil pisləşib. Tibb müəssisəsindən verilən açıqlamaya görə, təkrar xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü təsdiqlənib.

İlkin versiyaya görə, ailə üzvlərinin halının pisləşməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulunun qəbulu olub. Hazırda baş vermiş faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 Bütün Xəbərlər