Kolumbiya Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Kolumbiya Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
09.11.2025 20:53

Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-nin Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, eləcə də Amerika Azərbaycan Təşkilatları Alyansının üzv təşkilatlarının rəhbərləri, Nyu-Yorkda təhsil alan tələbə gənclər, Azərbaycan, türk və diasporların təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova qonaqları salamlayaraq şanlı zəfər tarixi haqqında məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışında beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Ordumuzun güzü sayəsində qazanılan tarixi qələbə ilə Azərbaycanın beynəlxalq ədalətin bərpasına nail olduğunu bildirib, Zəfər Gününün həm də xalqımızın birliyinin, dövlət-xalq vəhdətinin simvolu olduğunu diqqətə çatdırıb. O, Vətən üçün ən ağır zamanlarda xaricdə yaşayan həmvətənlərimizin də istər dezinformasiya ilə mübarizədə apardığı fəaliyyət, istərsə də Azərbaycana maddi-mənəvi dayaq olmasının təqdirəlayiq hal kimi qiymətləndirildiyini vurğulayıb, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlıq, birlik və ədalətin rəmzi olduğunu qeyd edib.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev Zəfər Gününün xalqımızın tarixində xüsusi yerini qeyd edib, 30 illik işğala son qoyulması prosesi ilə bağlı tarixi ekskurs edib, hadisənin beynəlxalq hüquq perspektindən təhlilini aparıb.

Tədbirdə çıxış edən "Koloradoda Azərbaycan Diasporu" təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının prezidenti Nabat Eminova, Amerika ictimaiyyətinin üzvü Con Teylor, “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin bu qələbədə əvəzsiz xidmətlərini, şəhidlərimizin xatirəsinin daim uca tutulması, vətənpərvər Azərbaycan oğul və qızlarının fədakarlıqlarını, regionda sabit sülhə nail olmağın önəmini vurğulayıblar.

Sonra qələbəyə aparan yolu tərənnüm edən “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzinin və “ElTV production” şirkətinin birgə layihəsi çərçivəsində komitənin dəstəyi ilə ərsəyə gəlmiş “Dəmir Yumruq” filmi, eləcə də “Şəhidə məktub” adlı qısa film nümayiş edilib.

Tədbir bədii hissə ilə davam edib, gənc ifaçılar Milana Nabiyeva, Dana və Aline Zoabi bacıları, Emili Məmmədova, eləcə də "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir zamanı həmçinin "My Way" Mərkəzinin gənc rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Sonda qonaqlar üçün şam yeməyi və tanışlıq görüşü təşkil olunub.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 Bütün Xəbərlər