İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilir

İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilir
27.03.2026 17:35

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilir.

TodayPress TV xəbər verir ki, sammit qlobal miqyasda baş verən geosiyasi və kommunikasiya transformasiyaları fonunda strateji kommunikasiya sahəsində aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və akademik dairələrin təmsilçiləri iştirak edirlər.

“Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal kommunikasiya mühitində ictimai rəy qlobal və dinamik xarakter alaraq həm yeni imkanlar, həm də dezinformasiya və etimad böhranı kimi neqativ nəticələr yaratmışdır. Bu proseslərin effektiv idarə olunması üçün media savadlılığının artırılması, yerli kontentin təşviqi, texnoloji həllərin tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan Əhməd İsmayılov bildirib ki, strateji kommunikasiyanın proaktiv əsasda qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanıqlı və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

27-28 mart tarixlərini əhatə edən sammit çərçivəsində keçirilən panel müzakirələrdə müasir kommunikasiya mühitində narrativlərin rolu, qlobal informasiya axınının dinamikası, rəqəmsal texnologiyaların təsiri və böhran dövrlərində informasiya idarəçiliyinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər