Koordinasiya Şurası təsis edildi

Koordinasiya Şurası təsis edildi
13.02.2026 14:51 Cəmiyyət

Bağdadın Əl-Müstənsəriyyə Universitetində keçirilən təsis tədbirində Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurasının yaradıldığını elan edib.

TodayPress TV xəbər verir ki, natiq qeyd edib ki, Şura tarixi köklərlə Azərbaycana çoxsaylı bağları olan İraq türkmanları və Azərbaycan arasında ictimai, mədəni və mənəvi əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.

Tədbirdə çıxış edən natiqlər azərbaycanlı qardaş və bacılarının son illərdə qardaş toplumun tarixi irsinin araşdırılması, türkman kimliyi və dilinin qorunması və inkişafı istiqamətində İraq türkmanlarına çoxsaylı dəstək göstərdiklərini vurğulayıblar. Onlar iraqlı tələbələrə, o cümlədən İraq türkman gənclərinə Azərbaycanın ali təhsil müəssisələrində “Heydər Əliyev qrantı əsasında” yüksək səviyyəli təhsil almaq imkanına görə, Azərbaycan dövlətinə öz təşəkkürlərini bildiriblər. Eyni zamanda  Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə aparılmış uzunmüddətli araşdırma nəticəsində 2 kitabın nəşri, onlarla ictimai, mədəni və akademik tədbirlərin təşkili, həmçinin idman, mədəniyyət, tarix və müxtəlif yönlü elmi tədqiqatlar sahəsində keçirilmiş proqramların İraq türkmanları ilə Azərbaycan arasında tarixi bağların bərpasında oynadığı rol yüksək qiymətləndirilib. 

Tədbirdə çıxış edən ABİA-nın idarə heyətinin sədri Dr. Elçin Əsgərov Azərbaycan xalqını İraq türkmanları ilə birləşdirən xüsusi tarixi və mənəvi bağlardan söz açıb, qardaş toplumun xalqımıza göstərdiyi mənəvi dayaq, o cümlədən hər il 27 sentyabr tarixində türkmanların yaşadığı şəhərlərdə Vətən müharibəsi şəhidlərinin anılması tədbirləri ilə bağlı təşəkkürünü bildirib. O, bu il ərizndə İraq türkman ziyalıları ilə bir neçə akademik və mədəni tədbirlərin planlaşdırıldığını elan edib.

Qeyd etmək lazımdır ki, İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası qeyri-hökümət və qeyri-siyasi platforma olaraq  İraqın aparıcı elmi-ictimai daiərlərini təmsil edən türkman ziyalılarını bir araya gətirib. Yaxın gələcəkdə Şuranın fəaliyyət planının təsdiq ediləcəyi, həmçinin üzvlərinin Azərbaycana səfərinin həyata keçirilməsi gözlənilir.

TodayPress TV

FOTOLAR

Koordinasiya Şurası təsis edildi — 1
Koordinasiya Şurası təsis edildi — 2
Koordinasiya Şurası təsis edildi — 3
Koordinasiya Şurası təsis edildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər